2022 FİFA Dünya Çempionatından uzaqlaşdırılacaq ilk futbol komandasının adı məlum olub. Bu, qrup qarşlaşmasında iki matçı xalsız tərk edən ev sahibi Qətər olub.
Qaziler.az Haber-Globala istinadla xəbər verir ki, Niderland, Ekvador və Seneqal ilə birlikdə A qrupunda yer alan Qətər ilk matçda Ekvadora 2:0 hesabı ilə uduzmuşdu. Bu gün isə ikinci matçında Seneqalla oyunda 3:1 məğlub olub.
Üçüncü oyundan əvvəl Niderland və Ekvadorun xallarının 4-ə yüksəlməsiylə qrupdan çıxan Qətər turnirlə vidalaşıb.
Qeyd edək ki, Qətər qrupdakı son matçında Niderland ilə qarşılaşacaq.
QAZİLER.AZ