Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTO

Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTO backend

Qətərdə futbol üzrə XXII dünya çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, "El-Bayt" stadionunda təşkil olunan tədbir ölkənin tarixindən bəhs edən video-çarxlar və dialoqlarla başlayıb.

Daha sonra arenada iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca isə musiqi proqramına start verilib.

Mərasimdə diqqət çəkən məqamlardan biri 2018-ci ildə Rusiyada keçirilmiş mundialın talismanı "Zabivaka" adlı canavar personajının DÇ-2022-də iştirakı olub.

Dünya Kubokunu stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.

Qeyd edək ki, DÇ-2022 bu gün Qətər və Ekvador arasında keçiriləcək açılış matçı ilə start götürəcək. 

Diaspora