75 kq-lıq ştanqla Elbrusu fəth etdi

75 kq-lıq ştanqla Elbrusu fəth etdi backend

Avropanın ən yüksək dağı olan Elbrus rusiyalı Andrey Rodiçev tərəfindən çiyinlərində 75 kiloluq ştanqla fəth edilib.


ATV.az bildirir ki, Rodiçev öz ekstrem layihəsinə avqustun 18-də başlamışdı. Əvvəlcə iqlimə alışmaq üçün kürəyində sadəcə lazımlı əşyaların olduğu çanta ilə fərqli zirvələrə dırmaşan Andrey bir həftəlik məşqlərdən sonra avqustun 30-da ştanqını da götürərək Avropanın ən yüksək zirvəsinə qalxıb.

İdmançı bu səfəri zamanı 5 kq arıqlayıb, nəbzinin dəqiqədə atışı isə 160-a çatıb. Buna baxmayaraq ştanq 5 min 642 metrlik yüksəkliyə qaldırılıb.
Diaspora