İlham Zəkiyev gümüş medala sahib oldu

İlham Zəkiyev gümüş medala sahib oldu backend

Kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız İlham Zəkiyev Dünya Çempionatının gümüş medalına sahib olub.

İlham Zəkiyev finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.

Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).

 

*****

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.

Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.

 

Report.az

loading...
Diaspora