Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqası yarışlarının qrup mərhələsindəki rəqibi Fransanın “Monako” komandası heyətini gücləndirib.
AZƏRTAC xəbər verir ki, “Monako” hücuma meyilli yarımmüdafiəçi Roni Lopes ilə müqavilə imzalayıb. On doqquz yaşlı R.Lopes Braziliyada doğulsa da, Portuqaliya millisinin şərəfini qoruyur.
“Mançestr Siti” komandasına məxsus futbolçu son mövsümü icarə əsasında Fransanın “Lille” komandasına keçirib.