"Qarabağ" UEFA reytinqində xalımızı artırıb

"Qarabağ" UEFA reytinqində xalımızı artırıb backend

"Qarabağ"ın ötən gün Avropa Liqasının qrup mərhələsinin 6-cə turunda "Frayburq"la heç-heçəsindən (1:1) sonra Azərbaycanın UEFA reytinqində xalı artıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, bu nəticə ölkəmizin aktivinə 0,250 xal qazandırıb. Bununla da Azərbaycanın xal sayı 16,125-ə çatıb. Lakin cədvəldəki mövqeyimiz dəyişməyib -  29-cu yer.

 

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 18,250 xalı var.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.

Diaspora