Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.
Qaziler.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.
G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.
Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.