"Qarabağ" "Frayburq"la oyun öncəsi ciddi itki ilə üzləşib

"Qarabağ" "Frayburq"la oyun öncəsi ciddi itki ilə üzləşib backend

"Qarabağ" Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib.

"Report"un məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç sıradan çıxıb. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib.

Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub.

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb. Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

loading...
Diaspora