Türkiyə Hollandiyanı məğlub etdi

Türkiyə Hollandiyanı məğlub etdi backend

“Avro-2016”nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutub.

A qrupunun lideri İslandiya öz meydanında autsayder Qazaxıstanı qəbu edib. İslandiya bu görüşdə qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərdi. Lakin görüşdə qapılara qol vurulmayıb. Qrup ikincisi Çexiya səfərdə Latviyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Qrupun maraq doğuran görüşü Türkiyədə keçirilib. Burada yerli Türkiyə millisi Hollandiyanı sınağa çəkib. Üçüncü pillə uğrunda mübarizədə Fatih Terimin komandasını yalnız qələbə qane edirdi ki, “ay-ulduzlu”lar bunu bacarıb. Görüş türklərin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

B qrupunun lideri olan Uels öz meydanında İsraillə münasibətlərinə aydınlıq gətirib. Oyunda qapılara qol vurulmayıb.

Qrup ikincisi Belçika isə səfərdə Kiprin qonağı olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Qrupun digər matçında Bosniya və Hersoqavina yığması öz meydanında autsayder Andorranı məğlub edib – 3:0.

Qeyd edək ki, C, D, E, F, G və İ qruplarının oyunları bu gün və sabah axşamı keçiriləcək.




6 sentyabr

"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur


A qrupu

21:00. Türkiyə - Hollandiya - 3:0
Qollar: Oğuzhan Özyakub, 8 (1:0), Arda Turan, 26 (2:0), Burak Yılmaz, 86 (3:0)

21:00. Latviya - Çexiya - 1:2
Qollar: Limberski, 13 (0:1), Darida, 25 (0:2), Zijuzins, 72 (1:2)


23:45. İslandiya - Qazaxıstan 0:0


B qrupu

21:00. Uels - İsrail - 0:0

23:45. Kipr - Belçika 0:1
Qol: Eden Hazard, 86

23:45. Bosniya və Hersoqavina - Andorra 3:0
Qollar: Bicakcic, 44, Dzeko, 30, Lulic, 45



Diaspora