Bu gün Azərbaycanın 4 sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Qol.az xəbər verir ki, sərbəst güləşçimiz İslam İlyasov (97 kq) yarımfinalda ABŞ təmsilçisi Tanner Rayan Sloan ilə qarşılaşıb. Rəqibinə 2:10 hesabı ilə məğlub olan İslam İlyasov finala çıxa bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.
70 kq-da yarışan Kənan Heybətov 1/4 finalda Giorgi Elbakidzeyə (Gürcüstan) uduzub.
57 kq-dakı Tofiq Əliyev 1/8 finalda Ahmet Dumana (Türkiyə), 79 kq-dakı Əşrəf Aşırov təsnifatda Kosuke Yamakuraya (Yaponiya) yenilib.
Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.