"Avro-2016"nın seçmə mərhələsində VII turun oyunları davam edir. Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, D, F və İ qrupunda oyunlar keçirilib.
D qrupunun mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada Almaniya yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Yoahim Lövün komandası qalib gələrək (3:1) liderliyə yüksəlib. Qrupun digər oyunlarında Şotlandiya səfərdə Gürcüstana uduzub – 0:1. İrlandiya millisi isə Cəbəllütariqi darmadağın edib – 4:0.
F qrupunda lider Rumıniya yığması bu tur səfərdə Macarıstanın qonağı olub. Görüşdə hesab açılmayıb. Qrup ikincisi Şimali İrlandiya millisi isə səfərdə Farer adaları ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Digər görüşdə autsayderlər Yunanıstan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma skandinaviyalıların qələbəsi ilə başa çatıb – 1:0.
İ qrupunda eyni xala malik (10) Danimarka və Albaniya yığmaları üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb. Albaniya ilə görüşdə baş verən məlum qalmaqala görə 3 xalı silinən Serbiya yığması bu tur evdə Ermənistanla qarşılaşıb və rəqibini məğlub edib – 2:0. Qrupun hazırkı lideri Portuqaliya millisi isə bu tur istirahət edəcək.
4 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi, 7-ci tur
D qrupu
Gürcüstan – Şotlandiya - 1:0
Cəbəllütariq - İrlandiya 0:4
Almaniya - Polşa - 3:1
F qrupu
Yunanıstan - Finlandiya - 0:1
Farer adaları - Şimali İrlandiya - 1:3
Macarıstan - Rumıniya 0:0
İ qrupu
Danimarka – Albaniya 0:0
Serbiya - Ermənistan - 2:0