Azərbaycanlı boksçu Avropa çempionatında erməniyə qalib gəldi

Azərbaycanlı boksçu Avropa çempionatında erməniyə qalib gəldi backend

Azərbaycanın daha bir yeniyetmə boksçusu İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində Ermənistan təmsilçisinə qalib gəlib.

Federasiyadan verilən məlumata görə, 54 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşurəliyev 1/4 final mərhələsində Artur Avetikyanı 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Boksçu yarımfinalda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Məhəmmədəli Qasımzadə də rinqdən qalib ayrılıb. 57 kq-da mübarizə aparan idmançı Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb. O, finala gedən yolda latviyalı Nikolayes Zamyatinslə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçuların sayı 5-ə çatıb. Yarımfinal görüşləri bu gün olacaq.

Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri oktyabrın 4-də keçiriləcək.

Diaspora