“Azərbaycana məğlubiyyət mənim üçün ağırdır" - Məhəmməd Adıyev

“Azərbaycana məğlubiyyət mənim üçün ağırdır" - Məhəmməd Adıyev backend

“Paltardəyişmə otağında da demişdim ki, azlıqda olduğun zaman fiziki güc tapıb mübarizə aparmaq çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

45 yaşlı mütəxəssis “Dalğa Arena”dakı qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi. Belarusa qarşı keçirdiyimiz matçla müqayisədə nisbətən zəif çıxış etdik”.

- Dünən mətbuat konfransında demişdiniz ki, Canni de Byazi ağzının danışığını bilsin. İndi hansı fikirdəsiz?

- Çox dərinə gedirsiniz. Nə de Byazi, nə də rəqibin oyunçuları ilə qərəzliliyim var. Biz oyundan sonra da onunla görüşdük. Mən Qazaxıstan yığmasının baş məşqçisiyəm, bizim öz yolumuz var.

- Millətlər Liqasındakı ümumi çıxışdan razı qaldınız?

- Bugünkü məğlubiyyət mənim üçün ağırdır. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Uduzduğumuz zaman buna səbəb axtarırıq. Bizim yolumuz hələ irəlidədir.

- Sizə elə gəlmir ki, rəqiblər sizi yetərincə qiymətləndirmədi və Qazaxıstan yığmasının bəxti gətirdi?

- Tamamilə doğrudur (gülür).

Diaspora