Dördqat dünya çempionu oğru oldu

Dördqat dünya çempionu oğru oldu backend

Kikboksinq üzrə dördqat dünya çempionu İrakli Qvinjiliya Moskvada pul oğurluğuna görə həbs olunub. Qazilər.az saytı Sportall.ge saytına istinadən xəbər verir ki, hadisə “Qruzinskiy bal” küçəsindəki kafelərin birində baş verib. Qvinjiliya buradakı ziyarətçilərdən birindən 70000 rubl ogurlayıb.

Rusiya mətbuatının yazdığına görə hadisə yanvarın 4-də baş versə də araşdırmalara bir ay vaxt sərf edilməli olub.

Qvinciliya cinayətini etiraf edərək bildirib ki, o, bütün pulları öz ehtiyacları üçün xərcləyib və onu öz sahibinə qaytara bilməz.

Qeyd edək ki, Gürcüstan vətəndaşı, “Mamlyuk” ləqəbli profisional kikboksçu Qvinciliya Rusiya kikboksinq Federasiyasının üzvüdür. O, dördqat dünya çempionudur.
Diaspora