“Neftçi” peşəkar futbol klubunun da üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) yeni layihənin icrasına başlayıb. Layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub.
AZƏRTAC xəbər verir ki, “Beeactive” adlı yeni layihə Avropada fiziki fəallığın artırılmasına yönəlib. Layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq hər kəs qoşula bilər.