Futbol üzrə Azərbaycan birinci divizionun yeni mövsümünün püşkü atılıb

Futbol üzrə Azərbaycan birinci divizionun yeni mövsümünün püşkü atılıb backend

Sentyabrın 1-də futbol üzrə Azərbaycan birinci divizionunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.



AZƏRTAC xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda çıxış edəcək komandaların nümayəndələri iştirak ediblər.

R.Musayev tədbirdə çıxış edərək birinci divizionda yeni mövsümün başlanması ilə əlaqədar klubları təbrik edib. Bildirib ki, ötən il maraqlı çempionata şahidlik etdik. Komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar. Növbəti çempionatda 14 komanda iştirak edəcək.

Püşkatmanın nəticəsinə görə, sentyabrın 10-11-də oynanılacaq ilk turda "Şəmkir"–"Turan Tovuz", "Ağsu"–"Zaqatala", "Şahdağ"–"MOİK", "Mil Muğan"–"Qaradağ Lökbatan", "Bakı"–"Şərurspor", "Energetik"–"Neftçala", "Göyəzən"–"Bakılı" komandaları üz-üzə gələcəklər.
Diaspora