Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.
Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.