Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medalını qazanıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, cütlük skit üzrə qarışıq komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Nurlana Cəfərova skit reytinq yarışlarında İslamiadanın qalibi olub.