İslamiadanın 19 yaşlı çempionu: "Medalımı şəhid və qazilərimizə həsr edirəm"

İslamiadanın 19 yaşlı çempionu: "Medalımı şəhid və qazilərimizə həsr edirəm" backend

"İlk görüşüm də çətin keçmişdi. İranlı rəqibimlə çətin görüşüm alınmışdı".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

67 kq çəki dərəcəsində hamıdan güclü olan 19 yaşlı idmançı finalda Asiya Oyunlarının və Asiya çempionatının bürünc mükafatçısı Amantur İsmayılovu 3:1 məğlub edib. O həmin matçda hakimlərin onu sıxışdırdığını bildirib:

"Finalda da hakimlər haqsızlıq edirdi. Özü də hakim Türkiyədən idi. Yəqin ki, doğru qərarı onlar bilir. Amma şükür Allaha, qızıl medal qazandım".

O, gələn ay Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatından da danışıb: "Finalda güləşdiyim qırğız və ilk dövrədə məğlub etdiyim iranlı güləşçi dünya çempionatında da rəqiblərim olacaq. Bu yarışa gəlməzdən əvvəl verdiyim müsahibədə qısa və konkret demişdim ki, mən ora çempion olmağa gedirəm. Şükür Allaha da bunu etdim. Qələbəmi də Vətən müharibəsi şəhidlərinə və qazilərimizə həsr edirəm".

 

Diaspora