Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Trend-in məlumatına görə, T.Bayramov iranlı güləşçi Firuzpuur Məhəmmədsadığa 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.