Hacı Əliyev və Mariya Stadnik İslamiadanın ikiqat qalibi olub - VİDEO

Hacı Əliyev və Mariya Stadnik İslamiadanın ikiqat qalibi olub -  VİDEO backend

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.

Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.

O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.

19:25

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

Diaspora