Boccia idman növü üzrə idmançılarımız Hollandiyada 4 medal qazandılar - FOTO

Boccia idman növü üzrə idmançılarımız Hollandiyada 4 medal qazandılar - FOTO backend

Azərbaycan Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi ilə Hollandiyada keçirilən yarışda idmançılar "Veldhoven 2022 Dünya Boccia Çempionatı"nda yüksək nəticələrlə qələbə qazanıblar.

Qaziler.az xəbər verir ki, bu barədə Boccia Federasiyası məlumat yayıb. 

Bildirilib ki, artıq fərdi oyunlar yekunlaşıb və idmançılar 4 medal qazanaraq Azərbaycan bayrağını 26 ölkə arasından yüksəldib, himnimizi səsləndiriblər. Qazanılan medallar isə;

Kişilər üzrə:

BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal

BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal

Qadınlar üzrə:

BC-2 kateqoriyalı atlet Sona Ağayeva bürünc medal

BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva bürünc medal

Qeyd edilib ki, çempionatın para və cütlük oyunları 5-6 avqust tarixlərində baş tutacaq. Yarışın cütlük halında ölkəmizi Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edəcək.

Xatırladaq ki, Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov Birinci Qarabağ müharibəsi qazisidir. 

Diaspora