Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələrinin sınaqçı rəqiblərinin adları və qarşılaşmaların tarixi müəyyənləşib.Komandamız ilk oyununda Qananın U-21 millisi ilə görüşəcək. Bu matç fevralın 23-də keçiriləcək. Fevralın 26-da isə komandamız Çinin “Hunan Billous” klubu ilə qarşılaşacaq.