FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi backend

FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

 

İnfantino 2-ci təsnifat mərhələsinin İsveçrədə "Sürix"lə cavab oyunundan (2:2) sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin 3-cü mərhələdəki rəqibi Macarıstan "Ferentsvaroş"u olacaq.

Diaspora