“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlib. Dramatk məcrada keçən matçın əsas vaxtı "Sürix"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" ilk oyunda 3:2 hesablı qələbə qazandığından görüş əlavə vaxta gedib. Burada daha bir qol vuran Qurban Qurbanovun komandası 2:2 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.
"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyununu evdə keçirəcək. "Sürix" isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild"lə (Şimali İrlandiya) görüşəcək.
27 iyul
21:00. "Sürix" (İsveçrə) – "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0), Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)
Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland)
İsveçrə. “Letsiqrund” stadionu.
İlk oyun - 2:3