“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, J qrupunda yer alan təmsilçimiz ilk qarşılaşmada “Monako” ilə görüşəcək.
Fransa təmsilçisi ilə görüş sentyabrın 17-də Monakoda baş tutacaq.
Oktyabrın 1-də isə komandamız "Tottenhem"ı qəbul edəcək.
Oktyabrın 22-də və noyabrın 5-də “Anderlext”lə ardıcıl iki dəfə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri noyabrın 26-da “Monako”nu Bakıda sınağa çəkəcək.
Dekabrın 10-da baş tutacaq son turda “Qarabağ” “Tottenhem”lə səfər matçına çıxacaq.