Qorxusuz ingilis parkur idmançısı, 21 yaşlı Toby Segar, Norveçdə 700 metr yüksəklikdə göstərdiyi şou ilə hər kəsi heyrətləndirir. T.Segarın uçurumdan düşmə təhlükəsinə rəğmən bir qayanın ucunda etdiyi hərəkətləri izləyənlərə qorxu və həyəcan dolu anlar yaşadır.
AZƏRTAC Türkiyənin www.sabah.com.tr saytına istinadla xəbər verir ki, uzun zamandan bəri parkur idmanı ilə məşğul olan T.Segar deyib: “Etdiyim hərəkətlər çılğınlıq kimi görünür. Ancaq havalandıqdan sonra heç bir şey yanlış gedə bilməz. Hər kəs yüksəklikdən qorxur. Bu qorxunun öhdəsindən gəlmək yalnız bir az zaman alır”.