Cüdoçumuz ermənini 25 saniyəyə məğlub etdi

Cüdoçumuz ermənini 25 saniyəyə məğlub etdi backend

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

Diaspora