“Qarabağ” İsrailin “Hapoel Təl-Əviv” klubundan Marko Yankoviçi transfer etdiyini rəsmən açıqlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Marko Yankoviç komandada 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Yankoviçin "Qarabağ"a keçəcəyinə dair ilk xəbəri Qol.az yayıb.
                                                    
                                                    
                                                
                    
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
