On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 31-dən sentyabrın 10-dək Tbilisidə təlim-məşq toplanışında olacaq.
AZƏRTAC xəbər verir ki, toplanışa Rəsul Babazadə (“Neftçi”), Taşkın Sərtan, İlkin Sadıqov, Camal Camalov (hər üçü “İnter”), Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Emin Zamanov, Roman Hüseynov (“Qəbələ”), Heydər Babayev, Əli Əliyev (hər ikisi “Xəzər Lənkəran”), Əlibəy Məmmədli, Anar Həsənov, Elçin İsmayılov (“Rəvan”), Ramil Orucov, Xəyal Nəcəfov, Emil Həsənzadə (hər üçü “Sumqayıt”), Mahir Mədətov, Eltun Turabov (hər ikisi “Qarabağ”), Emil Əliyev, Yusif Cəfərov (“Bakı”), Ağaseyid Qasımov, Fərid Kərimzadə (MOİK), İsmayıl İbrahimli (AZAL), Qara Qarayev (“Malaqa”, İspaniya), Birkan Kazım (“Stabek”, Norveç) və Şahin Tolqa (“Kayzerslautern”, Almaniya) dəvət olunub.