İspaniyanın 5 klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə keçib. Bu, pley-off mərhələsində “Valensiya” ilə “Monako” arasında iki matçdan ibarət qarşıdurmada “Valensiya”nın qələbəsindən sonra məlum olub. TASS agentliyi bu xəbəri şərh edərək yazır ki, qrup mərhələsində eyni ölkədən 5 komandanın çıxış etməsi Çempionlar Liqası turnirinin tarixində ilk dəfə olacaq.
Çempionlar Liqasının qrup mərhələsində “Valensiya” ilə yanaşı İspaniya çempionatının bundan əvvəlki mövsümünün yekunlarına əsasən birbaşa bu mərhələyə vəsiqə almış “Barselona”, “Real” və “Atletiko” komandaları, habelə Avropa Liqasının keçənilki birinciliyində qalib gəlmiş “Sevilya” klubu vardır.Pley-off matçlarının yekunlarına əsasən Donetskin “Şaxtyor”, İsrailin “Makkabi”, Xorvatiyanın “Dinamo” (Zaqreb) və İsveçin “Malmör” komandasının futbolçuları da qrup turnirində mübarizə aparacaqlar.
Moskvanın OMİK komandası da ən prestijli Avropa kubokunun qrup mərhələsinə vəsiqə almış bəxtəvər komandalar sırasına qoşula bilər. Xatırladaq ki, OMİK bu gün “Arena-Ximki” stadionunda Portuqaliyanın “Sportinq” komandası ilə ikinci maçtını keçirəcək. Bu komandaların birinci görüşündə 1:2 hesabı ilə uduzmuş ordu idmançılarının qrup turnirinə çıxması üçün onlar bugünkü matçda ya 1:0 hesabı ilə, ya da 2 və ya daha çox top fərqi ilə qalib gəlməlidirlər.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monte-Karloda keçiriləcək.