Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma zamanı təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. “Səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan Polşa çempionu "Lex" olub.
Qeyd edək ki, "Lex" "Qarabağ"ın 5 potensial rəqibi arasında reytinqinə görə ən güclüsü olub. İlk matç səfərdə keçiriləcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda olacaq.