UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasına bu günə qədər 18 min bilet satılıb. Bunu Trend-ə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.
Oyun üçün biletlərin qara bazarda satılması məsələsinə münasibət bildirən N.İbrahimov deyib ki, bu məsələyə hüquq-mühafizə orqanları nəzarət edir.Onun sözlərinə görə, hər bir kassanın yanında post patrul xidməti fəaliyyət göstərir.