“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ilk qəza baş verib.
Oxu.Az xəbər verir ki, “Aston Martin”in digər pilotu kanadalı Lans Strollun idarə etdiyi bolid dönərkən qoruyucu səddə çırpılıb.
Avtomobilin ön hissəsi qopub və təkərə ziyan dəyib. Nəticədə qırmızı bayraq qaldırılıb, Stroll isə mübarizəni dayandırıb.
18:40-da yarış bərpa olunacaq.
Səbuhi Musa
18:20
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.
Yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.
Bu gün gerçəkləşən üçüncü sərbəst yürüşdə "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
18:00
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna 15 dəqiqə gec start veriləcək.
Oxu.Az xəbər verir ki, saat 18:15-də başlanan yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışında komandaların hansı sırada mübarizəyə başlayacağı məhz bu sıralama turundan sonra müəyyənləşəcək.