Yeni vəzifəsi ilə bağlı Zeynəb Məmmədyarovadan İLK AÇIQLAMA

Yeni vəzifəsi ilə bağlı Zeynəb Məmmədyarovadan  İLK AÇIQLAMA backend

"Gənclər və idman naziri Fərid Qayıbovla görüşüm oldu. Nazir qarşıma konkret tapşırıqlar qoyub".

Bunu "Report"a açıqlamasında Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru təyin edilən şahmatçı Zeynəb Məmmədyarova deyib.

39 yaşlı qrossmeyster bildirib ki, idman qurğusunda üzgüçülük, tennis, gimnastika kimi bölmələrin üzərində işlər görülməlidir: "Eyni zamanda, mini-futbol meydançalarının fəaliyyətini canlandırmaq lazımdır".

Məmmədyarova pandemiya dövründə kompleksdə borcların da yarandığını açıqlayıb.

O, mövcud vəziyyətdən sponsorlar və digər mənbələr hesabına çıxmaq istədiklərini söyləyib: "Sumqayıtda idmana böyük maraq var. Sadəcə, kütləvilik yaratmaq lazımdır. Çalışacağıq ki, Sumqayıt Olimpiya İdman Kompleksi daim qaynar, şən idman qurğusuna çevrilsin".

Qeyd edək ki, Zeynəb Məmmədyarova kollektivə iyunun 8-də təqdim olunacaq. Bundan sonra isə o, rəsmən fəaliyyətə başlayacaq.

loading...
Diaspora