Tailandlı investorlar İtaliyanın "Milan" futbol klubunun 1 mlrd. avroya alınması ilə bağlı "rossoneri"yə təklif ünvanlayıb.
Bu barədə "Footbal İtalia" dərgisi öz mənbələrinə istinadən məlumat yayıb.Məlumatda bildirilir ki, artıq klubun səhminin 30%-i Tailandlı investorlara 300 mln. avroya satılıb. Əqd tamamilə 3 il sonra bağlanacaq.
Qeyd edək ki, hazırkı mövsümdə "Milan" turnir cədvəlində 22 turdan sonra 12-ci yeri tutur.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
