Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.
Qol.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.
“Qarabağ” tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.
27 may (cümə)
19:00. “Qarabağ” – “Zirə” - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: Hamidu Keyta, 17 (0:1), Abdullah Zubir, 69 (1:1)
Penaltilər seriyası
"Zirə": + - + + -
"Qarabağ": + + - + +
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Qəbələ şəhər stadionu