Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"nün qonağı olacaq. İlk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzan İsveç təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Digər oyunlara gəlincə "Şaxtyor" (Donetsk) öz meydanında "Rapid"i, "Dinamo" isə "Skenderbeu"nu qəbul edəcək. "Bazel" səfərdə "Makkabi"nin, "Valensiya" isə "Monako"nun qonağı olacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq.
25 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya)
İlk oyun - 2:3
23:45. “Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2
23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya)
İlk oyun - 2:1
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya)
İk oyun - 1:0
23:45. “Monako” (Fransa) - "Valensiya" (İspaniya)
İlk oyun - 1:3
26 avqust
23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1
23:45. "Partizan" (Serbiya) - BATE (Belarus)
İlk oyun - 0:1
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1
23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:3
23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:2