PSJ klubunun hücumçusu Edinson Kavani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Lent.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal təcrübəli futbolçunu komandasında görmək istəyir. İngiltərə nəhəngi Kavaninin keçidi üçün PSJ-yə 80 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Kavani yeni mövsümdən "Mançester Yunayted"də çıxış edəcək.Qeyd edək ki, 28 yaşlı futbolçu 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub.