Şəhid dostuna həsr etdiyi döyüşdə qalib gəldi - VİDEO

Şəhid dostuna həsr etdiyi döyüşdə qalib gəldi -  VİDEO backend

Əlbəyaxa döyüş növü üzrə idmançı Tural Alik oğlu Əsgərov Gürcüstanda keçirilən yarışda rəqibini məğlub edib. 

 

Moderator.az-a açıqlamasında Tural Əsgərov bildirib ki, o, bu döyüşünü 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan dostu Elimdar Səfərova həsr edib. 

 

Elə rinqə də Elimdarın şəkilini vurduğu geyimi ilə çıxıb. Turalın rəqibi isə gürcüstanlı Roland Karchava olub. Tural deyib ki, döyüşöncəsi Roland onu söyüb, oteldə ona kəllə atıb. Hətta Turala deyiblər ki, əgər Rolandı udsan, rinqin altını-üstünə çevirəcəyik. Tural bütün bu təhdidlərə baxmayaraq rəqibini məğlub edib. Bundan sonra isə gürcülər ona hücum ediblər. Gürcüstanda yaşayan azərbaycanlılar onu təhlükəsiz şəraitdə ərazidən çıxarıblar. 

 

Tural gürcülərin ona qarşı şərəfsizlik etdiklərini bildirib. Rolan Karchava isə qaydasız döyüş növü üzrə ikiqat Gürcüstan və Avropa çempionu olub. Turalın Rolandı məğlub etməsini isə gürcülər heç cür həzm edə bilməyiblər. 

 

Xatırladaq ki, Elimdar Səlimxan oğlu Səfərov 1992-ci il iyulun 26-da Yardımlı rayonunda anadan olub. Sonradan Şəhidimizin ailəsi Neftçala rayon Aşağı Qaramanlı kəndində köçüb və orda yaşamağa başlayıb.  2016-ci il aprel döyüşləri zamanı gizirimiz qəhrəmancasına Şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif edilib. 

Diaspora