Yeniyetmə güləşçilərin Dünya çempionatının ilk günündə 50, 54, 58, 63 və 100 kq çəkidə yunan-Romaçılar yarışır.
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaq. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND)
54 kq
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB)
58 kq
1/16 final - Sanfilippo İqnazio (İTA) - Məmmədəli Həsənov
63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov
100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU)
Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşıb.