“Ralph Lauren” “ağllı” idman geyimləri istehsal edəcək

“Ralph Lauren” “ağllı” idman geyimləri istehsal edəcək backend

Tanınmış geyim istehsalçısı “Ralph Lauren” şirkəti “OMsignal” şirkəti ilə birgə ilk dəfə olaraq “ağıllı” idman geyimləri - T-shirt istehsal etməyə hazırlaşır. İKT.lent.az-ın “The New York Post” nəşrinə istinadən verdiyi məlumata görə, bu “ağıll” T-shirtlər “PoloTech” adlandırılacaq. Geyimə xüsusi sensorlar əlavə ediləcək ki, bunlar da geyim sahibinin fiziki göstəricilərini izləməyə imkan verəcək. “PoloTech”dən əldə olunan məlumatlar isə smartfona yüklənmiş xüsusi əlavəyə daxil ediləcək.

Bu “ağıllı” idman geyimlərinin təqdimatı avqustun 31-də başlayacaq “US Open” tennis turnirində baş tutacaq. Elə bu zamanda “PoloTech”i əldə etmək mümkün olacaq. Onun qiyməti 295 dollar təşkil edəcək.
Diaspora