Qazaxıstanda cüdo üzrə dünya çempionatı start götürüb

Qazaxıstanda cüdo üzrə dünya çempionatı start götürüb backend

Avqustun 24-də Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə dünya çempionatı başlayıb.



AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının da qatıldığı və avqustun 30-dək davam edəcək yarışda dünyanın 100-dən çox ölkəsindən 700-dən artıq idmançı iştirak edəcək.

Çempionatda Azərbaycanı Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) təmsil edəcəklər.

Qazaxıstanda cüdo üzrə dünya çempionatı idmanın bu növü üzrə təqvimdə ən əhəmiyyətli yarışdır. Bu turnir 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunlarınadək təsnifat dövrünün sonuncu dünya çempionatıdır.

Cüdo üzrə Azərbaycan yığma komandası yarışlara hazırlığını və təlim-məşq toplanışını Qusardakı “Şahdağ” Turizm Mərkəzində keçib.
Diaspora