Sarqsyan Bakıya gəlir

Sarqsyan Bakıya gəlir backend

Sentyabrın 10-u Bakıda keçiriləcək şahmat turnirində ermənilər də çıxış edəcəklər. ANS PRESS-in məlumatına görə, sentyabrın 10-da Bakıda keçiriləcək Şahmat üzrə Kubokun püşkatması keçirilib.

Püşkatmaya görə ilk raundda Şəhriyar Məmmədyarov İranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi erməni əsilli Samuel Sevyanla, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakovla, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobovla və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.

Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edəcəklər. Varujan Akopyan və Samuel Sevyan isə ABŞ bayrağı altında çıxış edəcəklər.

Varujan Akopyanın rəqibi çexiyalı Viktor Laziçka olacaq. Samuel Sevyan isə Teymur Rəcəbovla qarşılaşacaq.

Sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda Ümumdünya şahmat federasiyasının ən əhəmiyyətli yarışlarından biri olan şahmat turniri keçiriləcək. Şahmat üzrə dünya Kubokunda dünyanın müxtəlif ölkələrindən 128 şahmatçı iştirak edəcək. Ölkəmizi bu ilki Dünya Kubokunda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Bu haqda Azərbaycanın Şahmat Federasiyası açıqlama verib.

Şahmat-2015 dünyanın Kubokunun (Chess World Cup-2015) mükafat fondu 1,6 ABŞ dolları təşkil edir. Dünya çempionlarına turnirdə iştirak üçün xüsusi göndərişlər veriləcək.
Diaspora