Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" davam edir.
Qol.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dairəvi sistemlə təşkil olunan yarışın 6-cı turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib. Qarşılaşma 96-cı gedişdə heç-heçə ilə başa çatıb.
Millimizin üzvü hazırda turnirdə 1,5 xalla 10-cu-sonuncu pillədə qərarlaşıb.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.