"Qarabağ"dan 9-cu çempionluq - YENİLƏNİB

"Qarabağ"dan 9-cu çempionluq -  YENİLƏNİB backend

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb. 

Əsas diqqətlər isə günün ikinci matçına yönəlib. "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu, Qurban Qurbanovun baş məşqçiliyi altında 8-ci çempionluğudur. 

 

3 may (çərşənbə axşamı)

19:00.“Qarabağ” – “Sabah” - 1:1 

Qollar: Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)

Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”

16:30. “Şamaxı” – “Səbail” - 0:0 
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

4 may (çərşənbə)

17:45. “Zirə” – “Qəbələ”
Hakimlər:
 Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər
: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 24 18 5 1 60-12 59
2 Neftçi 24 14 5 5 39-25 47
3 Zirə 24 12 6 6 32-24 42
4 Sabah 25 11 3 11 37-31 36
5 Qəbələ 24 9 8 7 32-33 35
6 Şamaxı 25 5 6 14 25-46 21
7 Sumqayıt 23 3 6 14 13-37 15
8 Səbail 25 4 3 18 17-47 15

 

Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol

Kadi Borqes ("Qarabağ") - 9 qol
Tiaqo Bezerra ("Neftçi") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol

Diaspora