AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.
Bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.
Funksioner bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq.
Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-da fəaliyyətə başlayacaq.