Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirildi

Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirildi backend

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, qurum bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan əlavə, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqosu da yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

loading...
Diaspora