Klublar Komitəsinin sayca dördüncü iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda 21-23 yaşlı azərbaycanlı futbolçuların maaşına limit qoyulması barədə qərar qəbul edilib.
Qərar əsasən paytaxt klublarında 21 yaşa qədər futbolçulara illik maksimum 30 min, əyalət klublarında 35 min manat ödənilə biləcək. 21-23 yaşa kimi futbolçularda isə əyalət klublarında 60 min, Bakı klublarında isə ən çox 50 min illik əmək haqqı ödənilə biləcək.Bu məsələ təklif şəklində AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
