Azərbaycanın boççia növü üzrə paralimpiyaçıları Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qalib olublar.
Qaziler.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boççia idman növü üzrə milli komandasının üzvləri baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında Bəhruz Mirzəyev və Sona Ağayeva çempionatın qalibləri elan ediliblər.
Bununla da komandanın aktivində qızıl medalların sayı üçə çatıb. Digər idmançı Orxan Kərimov yarışın bürünc medalını qazanıb.
İdmançılara dəstək vermək üçün Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov da oyunları komanda üzvləri ilə birlikdə izləyib.
Beləliklə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boççia idman növü üzrə milli komandasının 3 üzvü Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıblar.